Kuba hakimiyyəti rusiyalı qırxıq başlardan birini, «Tesak» ləğəbli Maksim Martsinkeviç həbs edib.
Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, o, Rusiya hüquq-mühafizə orqanları tərəfindən axtarışda olub.
Mənbə bildirib ki, 2005-ci ildə Martsinkeviç qırxıqbaşlardan ibarət ultramilliyətçi «Format-18» qruplaşmasını təsis edib (burada Adolf Hitlerin adı kodlaşdırılıb).
2010-cu ildə bu ekstremist qruplaşmanın fəaliyyəti Rusiyada qadağan edilib.
2013-cü ilin fevralında Martsinkeviç və onun cangüdənləri Belorusda saxlanılmışdı. Bir müddət təcridxanada saxlanıldıqdan sonra sərbəst buraxılıb.