«2008-ci ildəki münaqişədən sonra Gürcüstanın gerçəkliyi qəbul etməməsi Rusiya-Gürcüstan münasibətlərinin inkişafını əngəlləyir».
Lent.az-ın «RİA Novosti»-yə istinadən məlumatına görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov keçirdiyi mətbuat konfransında bildirib.
Nazirin sözlərinə əsasən, Moskva iki ölkə vətəndaşları arasında təmasların artırılması tərəfdarıdır.
«Ancaq əsas problem Saakaşvilinin başladığı savaşdan sonrakı gerçəklikdir. Biz reallığı dəyişə bilmərik»-deyə, rusiyalı diplomat vurğulayıb.
Mənbə xatırladıb ki, 2008-ci ildə 5 günlük savaşdan sonra Rusiya Cənubi Osetiya və Abxaziyanın müstəqilliyini tanıyıb. Gürcüstan isə ərazi bütövlüyü ilə «bazarlıq etməyəcəyini» bildirib.