Rusiya Dünya Ticarət Təşkilatına Avropa Birliyindən şikayət edib. Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, Moskva hesab edir ki, birlik antidempinq siyasəti ilə bağlı müqaviləni pozub.
Avropa hakimiyyətinin nəzərincə, Rusiya öz mallarını Avropada endirilmiş qiymətə satır.
Rəsmi Moskva isə öz növbəsində bildirir ki, AB enerji daşıyıcılarının qiymətini baha qiymətə satır.
Moskvanın şikayətinə 2014-cü ildə baxılacaq. Bir müddət öncə AB quruma Rusiyanın Avropadan idxal etdiyi avtomobilləri ölkədə baha satdığından şikayət etmişdi.