Rusiyanın «Trikolor TV»-si «Dojd» telekanalı ilə müqaviləni ləğv edib. Lent.az-ın «interfaks»-a istinadən məlumatına görə, bundan sonra həmin şirkət «Dojd»u yayımlamayacaq.
«Trikolor TV»-nin mətbuat xidməti bildirib ki, «Milli peyk yayımı şirkəti» Qapalı Səhmdar Cəmiyyətinin Direktorlar Şurası «Dojd»u «trikolor»un tərkibindən çıxarıb.
«Dojd»-un sahibi Aleksandr Vinokur «İTAR-TASS» müsahibəsində faktı təsdiqləyərək, 300 nəfərin işsiz qalacağını söyləyib.
«Akado» «NTV Plyus», «Rostelekom» və «Bilayn» da Leninqradın mühasirəsi ilə bağlı sorğusuna görə «Dojd»un yayımını dayandıracaqlarını bildirmişdi.