İran prezidenti Həsən Ruhani büdcədən oğurlanan 3 milyard dollarla bağlı araşdırmanın aparılması haqda göstəriş verib.
Lent.az-ın İran KİV-ə istinadən məlumatına görə, bu haqda prezident aparatının rəhbəri Məhəmməd Nəhəvəndian açıqlama verib.
Bununla belə o, vəsaiti oğurlamaqda şübhəli bilinənlərini adlarını açıqlamayıb.
Xatırladaq ki, bir müddət öncə yerli informasiya vasitələri Türkiyə, Birləşmiş Ərəb Əmirliyi, Malayziyada hesabları və sərmayəsi olan İran vətəndaşı iş adamı Babək Zəncani dövlət əmlakını mənimsəməkdə şübhəli bilinərək, həbs olunub.