ABŞ-da saxlanılmış İran əsilli iş adamı Rza Zərrabın ilk məhkəmə iclası keçirilib.
APA-nın “Milliyet”-ə istinadən verdiyi məlumata görə, Rza Zərrab məhkəmə zalına göy uniformada, ayaqları zəncirli, əlləri açıq şəkildə gətirilib.
İkinci iclasın iyunun 16-da keçirilməsi planlaşdırılır.
Rza Zərrab martın 19-da ABŞ-da Mayamidə Federal Təhqiqat Bürosu tərəfindən həbs olunub.
O, İrana qarşı olan sanksiyaları pozaraq, ABŞ-da dələduzluq, bank saxtakarlığı və çirkli pulların yuyulmasında təqsirləndirilir.
Xatırladaq ki, Rza Zərrab Türkiyədə 17 dekabr 2014-cü il tarixində aparılan rüşvət əməliyyatlarında saxlanılaraq 70 gün həbs həyatı yaşayıb, sonra azadlığa buraxılıb.