Misirdə yeni Ana Yasa layihəsi ilə bağlı keçirilən referendumun birinci günü polislə «Müsəlman qardaşları» tərəfdarları arasında toqquşma olub.
Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, bu haqda «Əl-Ərəbiyyə» telekanalı xəbər yayıb.
Mənbə bildirib ki, ən qanlı olay ölkənin cənubunda Soxaq əyalətində baş verib. Hüquq-mühafizə orqanını əməkdaşları seçki məntəqəsinə girmək istəyən etirazçılara atəş açıb.
Bundan başqa paytaxt Qahirənin cənubunda bir nəfər öldürülüb.