NATO-nun baş katibi Andres Foq Rasmussen Ukrayna ilə Rusiya əlaqələrinin möhkəmlənməsində rahatsız olduğunu bildirib.
Lent.az-ın «İTAR-TASS» -a istinadən məlumatına görə, iki ölkə rəhbərləri arasında keçirilən görüşü «Mond» qəzetinə müsahibəsində dəyərləndirib.
«Baş verənlər birbaşa hədə olmasa da, rahatsız olmağa əsas verir. Qoşulacağı birliyi seçmək hər dövlətin öz işidir. Təəssüf edirəm ki, Ukrayna Avropa Birliyi ilə assosiasiya haqqında müqaviləni imzalaya bilmədi»-deyə, baş katibi vurğulayıb.
«Unian.net» bildirib ki, baş katib Avropa Birliyinin sammitində çıxışında deyib: «Rusiya Ukraynanı özün müttəfiq seçmək haqqını pozur. Biz Rusiyanın mövqeyini diqqətlə izləyirik. Qeyd etmək lazımdır ki, Ukraynanın özünü azad sərbəst şəkildə müttəfiq seçmək haqqı var. Əgər bu ölkəyə kimsə təzyiq edirsə, o zaman bu prinsip pozulur. Fikrimcə, Ukraynaya və «Şərq tərəfdaşlıq»ın başqa dövlətlərinə Rusiyanın basqıların müşahidə edirik».
Xatırladaq ki, Ukrayna ilə bağlı məsələ dekabrın 20-də Avropa Birliyinin sammitində müzakirə ediləcək.