Quş qripi yenidən can almağa başlayıb. Lent.az-ın xarici KİV-ə istinadən verdiyi məlumata görə, Çinin Şanxay Sağlamlıq və Ailə Planlaşdırma İdarəsinin yaydığı məlumatda qeyd olunur ki, adıçəkilən qripdən ölənlərdən biri həkimdir. 31 yaşlı tibb işçisi Pudonq Xalq Xəstəxanasında çalışırmış.
Səhiyyə mütəxəssisləri həyəcan təbili çalaraq bildiriblər ki, Sağlamlıq mütəxəssisləri, quş qripi Çində artıq geniş şəkildə yayılmaqdır. Ölkənin bir neçə ərazində 30 yeni quş qripi aşkarlanıb.
Artıq adıçəkilən qrip Çində onlarla insanın xəstəxanaya düşməsinə səbəb olub.