HƏMAS hərakatı aprelin 18-də Qüdsə avtobusun partladılmasına görə məsuliyyəti öz üzərinə götürüb.
APA-nın məlumatına görə, bu barədə “The Jerusalem Post” yazıb.
Nəşrin xəbərinə görə, partlayış nəticəsində yaralananlardan biri ötən axşam xəstəxanada vəfat edib. Ölən şəxsin adı açıqlanmır.
Xatırladaq ki, aprelin 18-də Qüdsdə avtobus partladılıb, nəticədə 21 nəfər müxtəlif dərəcəli xəsarət alıb.