Ekvadorda aprelin 16-da baş verən güclü zəlzələ nəticəsində ölənlərin sayı 602 nəfərə çatıb.
APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, 130 nəfər itkin düşmüş hesab edilir, 12 min nəfər müxtəlif dərəcəli xəsarət alıb.
Bundan əvvəl təbii fəlakət nəticəsində 587 nəfərin öldüyü bildirilirdi.
Xatırladaq ki, 7,8 bal gücündə olan zəlzələnin episentri ölkənin şimal-qərb hissəsində yerləşən Pedernales şəhərində yerləşib.