Qırğızıstan Daxili İşlər Nazirliyinin hərbi hissəsindən 39 əsgər qaçıb.
Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, nazirlik bildirib ki, hərbçilər bir saylı dövlət iqamətgahını (söhbət prezident Almazbek Atambayevin «Ala-Arça-1» adlı iqamətgahından gedir) qorumaq üçün naryada gedib. Sonra xidmət yeri tərk edərək, gizləniblər. Onların gizləndiyi yer barədə hələ ki məlumat yoxdur.
Yerli KİV-in məlumatına əsasən, onların gizləndiyi yerə barədə qohumları da xəbərsizdir.
Daxili İşlər Nazirliyi qaçan əsgərlərin 18-19 yaş arasında olduğunu bildirib.
Fərarilərdən birinin babası «Kloop.kg» adlı sayta müsahibəsində deyib ki, nəvəsi və başqa hərbçilər komandirləri tərəfindən təzyiqlərə məruz qalırmış.
Hərbi hissəsinin komandiri Bulut Bokoşev bu ehtimalı təkzib edərək, əsgərlərini qaçışını «uşaqsayağı etiraz» adlandırıb.
Fərariliklə bağlı nazirlik cinayət işi açıb. Onların hər birini iki azadlıqdan məhrumetmə cəzası gözləyir.