Qəzza su altında- 4000 insan təxliyə edildi
15 dekabr 2013 12:25 (UTC +04:00)

Qəzza su altında- 4000 insan təxliyə edildi

Qəzza bölgəsində bir neçə gündür davam edən şiddətli yağışlardan sonra xilasetmə xidmətləri 4000-dən artıq adamı su basan ərazilərdən təxliyə edib. 

 

 

Xilasedicilər su basan evlərdə qalan adamları xilas etmək üçün balıqçı qayıqlarından istifadə etməli olublar. 10 orta məktəb təxliyə edilənlər üçün çığınacağa çevrilib.  Dünyada əhalinin sıx olduğu bölgələrindən biri olan Fələstində vəziyyəti  Misir və İsrailin blokadası daha da çətinləşdirir. Yanacaq qıtlığı yaranıb, elektrik enerjisi fasilələrlə verilir. Fələstin hökumətinin başçısı İsmayıl Haniyə Ərəb Dövlətləri Liqası və İslam Əməkdaşlıq Təşkilatına müraciət edərək, təbii fəlakətlə mübarizədə təcili yardım istəyib.

 

BMT-nin fələstinli qaçqınlara yardım üzrə agentliyi Qəzza bölgəsinin şimalını təbii fəlakət zonası elan edib.

 

APA TV

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1176

Oxşar yazılar

Yeni Roma Papası əslən Türkiyənin Kayseri vilayətindəndir - MARAQLI İDDİA

Yeni Roma Papası əslən Türkiyənin Kayseri vilayətindəndir - MARAQLI İDDİA

13 may 2025 , 01:41
PKK  özünü buraxdı

PKK özünü buraxdı

12 may 2025 , 10:10
Hindistan yenə Ermənistana "Akash" göndərir

Hindistan yenə Ermənistana "Akash" göndərir

11 may 2025 , 23:11
Bu ölkədə  şahmat qadağan edildi

Bu ölkədə şahmat qadağan edildi

11 may 2025 , 19:23
Roma Papası XIV Lev

Yeni Roma Papasından ilk ÇAĞIRIŞ

11 may 2025 , 16:14
Donald Tramp, ABŞ Prezidenti

Trampdan yeni sürpriz

11 may 2025 , 11:12
Pakistanın hava məkanı bağlandı

Pakistanın hava məkanı bağlandı

11 may 2025 , 05:07
Turistləri aldatmaq istəyən Yamal özünü başqa adla  təqdim etdi

Turistləri aldatmaq istəyən Yamal özünü başqa adla təqdim etdi

11 may 2025 , 04:36