Qəzaya görə hava şirkətinin lisenziyası ləğv edilib
02 fevral 2013 01:17 (UTC +04:00)

Qəzaya görə hava şirkətinin lisenziyası ləğv edilib

Rusiya federal hava nəqliyyatı agentliyi «Red Wings»-in fəaliyyət lisenziyasını dayandırıb.

 

Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, buna səbəb 2012-ci il dekabrın 29-da «Tu-204» təyyarəsinin qəzaya uğraması göstərilib.

 

Mənbənin xatırlamasına əsasən, Çexiyanın Pardubits şəhərindən uçan təyyarə hava limanında eniş etsə də, dayana bilmədiyindən aeroportun sədlərinə çırpılmışdı. Nəticədə üç yerə parçalanıb yanmışdı. Olay zamanı təyyarədə sərnişin olmayıb. Ancaq bordakı 8 nəfər heyət həlak olub.

 

Bununla belə Rusiya aviasiya şirkətin lisenziyanın dayandırılmasının qəza ilə əlaqədar olmadığın bildirib.

Şirkətin saytında isə bildirilib ki, o, uçuşları 2013-cü il fevralın 3-dək davam etdirəcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 611
avatar

Oxşar yazılar