Qətər əmiri Ramallaya gedir
20 dekabr 2012 04:46 (UTC +04:00)

Qətər əmiri Ramallaya gedir

0

 

 

İsrail hökuməti Qətər əmirinə Ramallaya, Fələstinə, Mahmud Abbasın iqamətgahı olan şəhərə getməyə icazə verib.

Lent.az-ın «nyusru»-ya istinadən məlumatına görə, Qətər kralı Fələstin Muxtariyyətinin başçısı Mahmud Abbasla görüşmək istədiyini bildirib.

Mənbənin məlumatına əsasən, İsrail hökuməti Qətər əmiri Hamad bin –Xəlifə al-Taninin  Fələstin Muxtariyyətinə maliyyə yardımı edəcəyinə ümidvardır.

Fələstin muxtariyyəti BMT-də «müşahidəçi dövlət statusunu» alandan sonra Əmir Xamad Ramallaya səfər edən ikinci dövlət rəsmisidir. Ondan öncə, dekabrın 6-da İordaniya kralı ikinci Abdullu bölgəyə səfər etmişdi.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 648

Oxşar yazılar