Qazaxıstan milli valyutasını dəyərdən saldı
11 fevral 2014 20:13 (UTC +04:00)

Qazaxıstan milli valyutasını dəyərdən saldı

Qazaxıstan hakimiyyəti  milli valyutası, tengeni 19 faiz dəyərdən salıb.

 

Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, ölkə rəhbərliyi bunun səbəbini valyuta bazarındakı qiymətlərin dəyişməsi ilə əlaqələndirib. 

Qazaxıstan milli bankının nümayəndəsi Qeyrtə  Kelimbetov bəyan edib ki, bu yolla milli valyutaya dəstəyi asalnaşdıracaq və  daxili valyuta bazarına müdaxilənin qarşısını ala biləcək.

 


Hökumət təmsilçisinin bəyanatında vurğulanıb ki,  ABŞ Mərkəzi Bankının əlavə pul çapını azaltması inkişaf etməkdə olan ölkələrdən kapitalın güclü ölkələrə axmasına təsir göstərib və  belə bir vəziyyət inkişaf etməkdə olan ölkələrin milli valyutasına təzyiqdir.

Bankın nümayəndəsi əhalini pullarını tengedə saxlamağa çağırıb.

 

Fevralın 12-də Qazaxıstan Milli Bankı xarici valyutaların rəsmi kursunu müəyyənləşdirib.

Bu rəqəmlər həm də bazar kursu sayılır. Onların bəzilərini diqqətinizə çatdırırıq: ABŞ dolları – 163,90 tenge, bir avro- 224,07, Rusiya rublu - 4,71, bir ingilis funt sterlinqi – 268,93, bir yapon yeni 1,60, Çin yuanı – 27,05, bir qırğız somu – 3,19, bir özbək sumu – 0,07, bir tacik somonisi 34,39, bir Türkiyə lirəsi 74,33 tenge.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 982
avatar

Oxşar yazılar