İranın nüvə probleminə dair Tehranla «altılıq» arasında danışıqların yeni mərhələ fevralın 25-də Qazaxıstanda keçiriləcək.
Lent.az-ın İranın informasiya vasitələrinə istinadən məlumatına görə, bu haqda məlumatı İslam Respublikasının xarici işlər naziri Ələkbər Salehi Münhendə təhlükəsizlik üzrə konfransda bildirib.
«Mənim yaxşı xəbərlərim var. «5+1» və «3+3» fevralın 25-də Qazaxıstanda görüşəcək»-deyə, iranlı diplomat söyləyib.
Qeyd edək ki, 2012-ci ildə «altılıq»la (ABŞ, Almaniya, Britaniya, Fransa, Rusiya və Çin) Tehran üç görüş keçirib – İstanbul (14-ü aprel), Bağdad (23 -24-ü may), Moskva (18 -19-u iyun).
Bütün görüşlər nəticəsiz başa çatıb.