Qadınlara ərə getməyi yasaqlayan Qətər şirkətindən şikayət edilib
07 iyun 2014 07:54 (UTC +04:00)

Qadınlara ərə getməyi yasaqlayan Qətər şirkətindən şikayət edilib

İki beynəlxalq təşkilat Qətərin  “Qatar Airways” hava şirkətindən şikayət edib.

 

Lent.az-ın “nyusru”-ya istinadən məlumatına görə, “əl-Ərəbiyyə” telekanalı bildirib ki, həmin qurumlar şirkəti qadınlara qarşı ayrı-seçkilikdə ittiham ediblər.

 

Bu iki təşkilat, Nəqliyyat İşçilərinin Beynəlxalq Federasiyası və Beynəlxalq Həmkarlar Konfederasiyası Beynəlxalq Əmək Təşkilatına müraciət edərək, 1970-ci ildə Qətərin imzaladığı beynəlxalq konvensiyanı “Qatar Airways”-in pozduğunu bildirib.

 

Şikayət vurğulanıb ki, bu şirkətdə işləyən qadınlar praktik olaraq, bütün haqlardan məhrum olunublar. Məlumata əsasən, “Qatar Airways”-in rəhbərliyi onların şəxsi həyatına müdaxilə edirlər.

 

Şirkət qadın işçilərdən fəaliyyətə başlayandan sonra 5 il müddətinə ərə getməyi qadağan edir. Ailə  qurmaq istəyənlərin isə müəssisə rəhbərindən özəl icazə almsı tələb olunur.

 

“Qatar Airways” isə ünvanına səslənən bu ittihamları bir müddət öncə təkzib edib.

 

Mənbə xatırladıb ki, 2014-cü ilin fevralında norveçli ombudsman şirkəti Oslodakı təyyarələrinə heyət üzvü seçərkən reklamda cinsi bərabərlik prinsipini pozmaqda suçlayıb.

 

“Qatar Airways” iş axtaran qadınlardan müsahibəyə qısa ətəkdə gəlmələri tələb olunur.

 

Kişilərdən isə işgüzar geyimdə gəlmələri istənilir. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1438

Oxşar yazılar

Yeni Roma Papası əslən Türkiyənin Kayseri vilayətindəndir - MARAQLI İDDİA

Yeni Roma Papası əslən Türkiyənin Kayseri vilayətindəndir - MARAQLI İDDİA

13 may 2025 , 01:41
PKK  özünü buraxdı

PKK özünü buraxdı

12 may 2025 , 10:10
Hindistan yenə Ermənistana "Akash" göndərir

Hindistan yenə Ermənistana "Akash" göndərir

11 may 2025 , 23:11
Bu ölkədə  şahmat qadağan edildi

Bu ölkədə şahmat qadağan edildi

11 may 2025 , 19:23
Roma Papası XIV Lev

Yeni Roma Papasından ilk ÇAĞIRIŞ

11 may 2025 , 16:14
Donald Tramp, ABŞ Prezidenti

Trampdan yeni sürpriz

11 may 2025 , 11:12
Pakistanın hava məkanı bağlandı

Pakistanın hava məkanı bağlandı

11 may 2025 , 05:07
Turistləri aldatmaq istəyən Yamal özünü başqa adla  təqdim etdi

Turistləri aldatmaq istəyən Yamal özünü başqa adla təqdim etdi

11 may 2025 , 04:36