Rusiya prezidenti Vladimir Putin İsrailin baş naziri Binyamin Netanyahu ilə keçirdiyi telefon danışığı zamanı Yaxın Şərq regionunda terror təhlükəsi ilə mübarizə təhlükəsi ilə mübarizə işində Rusiya-İsrail əməkdaşlığına dair məsələləri müzakirə edib.
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Kremlin mətbuat xidmətini məlumatında bildirilir.
Putin və Netanyahu müxtəlif səviyyələrdə təmasların davam etdirilməsinə dair razılığa gəliblər.