Prokuror təkzib etdi, Ağaoğlu şirkəti açıqladı
06 yanvar 2014 21:20 (UTC +04:00)

Prokuror təkzib etdi, Ağaoğlu şirkəti açıqladı

Türkiyədə «Havayı tətil» məsələsi müzakirə mövzusu olub.

 

Lent.az-ın «habertürk»-ə istinadən məlumatına görə, «Sabah» qəzetinin yanvarın 6-sı tarixli sayında yazıb ki, prokuror Zəkəriyyə Öz və onu müşayiət edən 8 nəfər Dubayda «5 ulduz»lu mehmanxanada istirahət edib və onun 77 min lirəlik (təxminən 30 min manat) hesabını tikinti şirkətlərindən biri ödəyib.

 

Məsələ ilə bağlı Zəkəriyyə Öz qəzetçilərin sualını cavablandırarkən, iddiaların doğru olmadığını və «xəbəri yayımlayan qəzet üçün bir təkzib mətni hazırlayacağını» bildirib.

 

Xəbərdə adı çəkilən şirkət «Ağaoğlu şirkətlər» qrupuna daxildir. «Ağaoğlu şirkətlər qrup»u prokurorla çox əvvəllərdən tanış olduğunu və bu tanışlıq çərçivəsində Dubayda onu qonaq etdiklərini bildirib: «Həmin qonaqlığı 15 ildir bölgədə fəaliyyət göstərən və son 2 ildə körfəz ölkələrində təmsilçiliyimiz həyata keçirən qrupumuz gerçəkləşdirib».

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1537
avatar

Oxşar yazılar