Plagiat nazir elmi addan, təqaüddən məhrum edilib
06 fevral 2013 05:49 (UTC +04:00)

Plagiat nazir elmi addan, təqaüddən məhrum edilib

Almaniyanın təhsil naziri Annette Şavan yaxın günlərdə Düsseldorf Universiteti Filologiya fakültəsinin qərarından məhkəməyə müraciət edəcəyini bildirib.

 

Lent.az-ın «RİA-Novosti»-yə istinadən məlumatına görə, fakültə şurası onun diertasiyasını «plagiat» sayaraq, nazirin elmi dərəcəsinin alınması barədə qərar çıxarıb. Qərara əsasən, 1980-ci ildə Şavanın müdafiə etdiyi «Şəxsiyyət və vicdan» dissertasiya işində «uyğun mənbələr göstərilmədən davamlı olaraq, başqasının intelektual əməyindən istifadə olunub».

 

Nazirin şikayət etmək üçün 4 həftə vaxtı var.

 

Mənbə xatırladıb ki, bu dissertasiya mövzusunda ilk hadisə deyil. 2011-ci ilin martında ölkənin o vaxtkı müdafiə naziri Karl-Teodor tsu Quttenberq də eyni məsələ ilə bağlı sonda istefa vermişdi.

 

Şavan da onun kimi elmi dərəcədən və alim təqaüdündən məhrum edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1619
avatar

Oxşar yazılar