ABŞ-ın vəzifədən getməkdə olan müdafiə naziri Leon Panetta Suriya üsyançılarının silahlandırılması və təlimatlandırılması ideyasını dəstəklədiyini bildirib.
Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə,
o, bu səviyyədə belə bəyanat verən ilk amerikalı siyasətçi və dövlət xadimidir.
Panetta deyib ki, hələ ötən ilin yayında o vaxtkı dövlət katibi Hillari Klinton və Mərkəzi Kəşfiyyat İdarəsinin başçısı Devid Petres tərəfindən hazırlanmış planı dəstəkləyib. Ancaq prezident Barak Obama seçkiöncəsi Suriyadakı olaylara birbaşa müdaxilə etmək istəmədiyindən plandan imtina