Pələng skeletini satarkən tutuldu
06 fevral 2013 07:20 (UTC +04:00)

Pələng skeletini satarkən tutuldu

Rusiyanın Primore şəhərinin 32 yaşlı qadın sakini Amur pələnginin kəllə qutusu və sümüklərini satarkən tutulub.

 

Lent.az-ın məlumatına görə, ölkə Daxili İşlər Nazirliyi bildirib ki, əməliyyat işçiləri skeleti müsadirə edərək, saxlamaq üçün uyğun quruma təhvil veriblər.

 

İlkin məlumata əsasən, pələng sümüklərini satmaqda ona 60 və 62 yaşlarında olan iki kişi də yardım edirmiş.

 

Rusiya DİN mətbuat xidmətinin bildirib ki, ovu yasaqlansa da, brokonyerlər pələngləri gülləməkdədir. Onun sümüklərinə tələbat çoxdur, ondan Çində müalicə məqsədi ilə istifadə edilir.

 

Amur pələngi beynəlxalq «Qırmızı kitab»a düşüb.Hazırda vəhşi təbiətdə 450-yə yaxın bu pişik kimidən var. Bu nadir yırtığı yalnız Primorsk və Xabarovsk diyarlarının tayqa meşələrində yaşayır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1273
avatar

Oxşar yazılar