Paşinyan prezident Sarkisyanla görüşdü
27 aprel 2018 11:36 (UTC +04:00)

Paşinyan prezident Sarkisyanla görüşdü

0

 

Ermənistandakı küçə hərəkatının lideri Nikol Paşinyan “baş nazir böhranı” və yaranmış vəziyyətdən çıxış yollarını birgə müzakirə etmək üçün ölkənin yeni seçilmiş prezidenti Armen Sarkisyanla görüşüb.

 

Lent.az tert.am-a istinadla bildirir ki, görüş prezidentin iqamətgahında baş tutub. Nikol Paşinyan bildirib ki, Armen Sarkisyanla görüşündə əsas müzakirə mövzusu koalisiyalı hökumət məsələsi olub:

 

“Mən prezidentə də dedim, yenə də söyləyirəm, hazırkı hakim partiya olan respublikaçılarla koalisiyalı hökumət qurmayacağıq. Biz belə bir təklifi qəbul edə bilmərik”.

 

Qeyd edək ki, aprelin 23-də Ermənistanın keçmiş baş naziri Serj Sarkisyan küçə hərəkatı işçilərinin təzyiqləri qarşısında duruş gətirə bilməyib və istefa verib.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 444

Oxşar yazılar