Paşinyan bu gün Gümrüdə avtoyürüş keçirəcək
27 aprel 2018 08:10 (UTC +04:00)

Paşinyan bu gün Gümrüdə avtoyürüş keçirəcək

0
Ermənistan müxalifətinin lideri Nikol Paşinyan bu gün ölkənin ikinci böyük şəhəri hesab edilən Gümrüdə avtoyürüş keçirmək niyyətindədir.   
 
 
 
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, aksiya 15.00-a planlaşdırılıb.
 
 
 
“Ümid edirik, Gümrünün qonaqpərvər sakinləri bizi şəhərin girişində qarşılayacaqlar”, - deyə deyə Nikol Paşinyan ötən gün axşam mitinqdə bildirib.  
 
 
 
Qeyd edək ki, bundan əvvəl Nikol Paşinyan ölkənin baş naziri vəzifəsini müvəqqəti icra edən Karen Karapetyanı danışıqlara dəvət etdiyini bəyan edib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 429

Oxşar yazılar