Parisdə yanğın: 5 ölü  - YENİLƏNİB
07 iyun 2016 05:56 (UTC +04:00)

Parisdə yanğın: 5 ölü - YENİLƏNİB

0

Paris şəhəri yaxınlığındakı Sen-Deni bölgəsində yaşayış evində baş verən güclü yanğın nəticəsində azı 5 nəfər ölüb.

 

APA-nın “AFP” agentliyinə istinadən verdiyi xəbərə görə, bundan əvvəl 12 nəfərin xəsarət aldığı, onlardan ikisinin vəziyyətinin ağır olduğu bildirilirdi.

 

Son məlumata əsasən, yaralılardan 3-ü yanğını söndürmək üçün hadisə yerinə cəlb edilən yanğınsöndürənlərdir. Yerli vaxtla saat 19:30-da başlayan yanğın üç saat davam edib. İnsidentin başvermə səbəbləri hələ ki, məlum deyil.

 

***

 

Paris şəhəri yaxınlığındakı Sen-Deni bölgəsində yaşayış evində güclü yanğın baş verib.

 

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, hadisə nəticəsində azı 12 nəfər xəsarət alıb.

 

Yaralılardan ikisinin vəziyyəti ağır kimi qiymətləndirilir. Yerli vaxtla saat 19:30-da başlayan yanğın üç saat davam edib. İnsidentin başvermə səbəbləri barədə məlumat verilmir.

 

Qeyd edək ki, iyunun 6-da daha bir yanğın Parisin məşhur Luvr muzeyi yaxınlığında qeydə alınıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 543

Oxşar yazılar