Parisdə “İŞİD”-in 200 nəfərədək üzvü olan bölməsi fəaliyyət göstərir
07 noyabr 2014 06:45 (UTC +04:00)

Parisdə “İŞİD”-in 200 nəfərədək üzvü olan bölməsi fəaliyyət göstərir

Suriya və İraqda böyük ərazilər ələ keçirmiş “İŞİD” terror qruplaşmasının  200 nəfərədək üzvü olan bölməsi Fransanın paytaxtı Parisdə fəaliyyət göstərir. Bunu İraqın daxili işlər nazirinin müavini Adnan əl Əsədi bəyan edib. Lent.az-ın verdiyi xəbərə görə, bu barədə APA  “TASS”-a istinadən məlumat yayıb. 

 

“İnterpol”un Baş Assambleyasının Monakoda keçirilmiş iclasında çıxış edən nazir müavinin sözlərinə görə, qeyd olunan qruplaşmanı İraq və Fransa kəşfiyyatı aşkarlayıb. Hazırda onların gizli müşahidəsi aparılır. “Bölmənin üzvlərinin sayı artıq 200-ü keçib”, deyə əl Əsədi bildirib.

 

Onun sözlərinə görə, İraq və Fransa kəşfiyyatı qurumları bir həftə əvvəl məxfi əməliyyat keçirib. Lakin məmur təfərrüatları açıqlamaqdan imtina edib. Aşkarlanmış qrupun üzvlərinin milliyyəti məlum deyil. Həmçinin saxlanılanların olub-olmaması barədə də heç bir məlumat yoxdur.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 973
avatar

Oxşar yazılar