Parisdə 55 min nəfər etirazçı küçələrə çıxdı
18 may 2016 02:42 (UTC +04:00)

Parisdə 55 min nəfər etirazçı küçələrə çıxdı

0

Parisdə əmək qanunvericiliyinin islahatlaşdırılmasına qarşı ötən gün təşkil olunmuş aksiyada 55 min etirazçı iştirak edirlər. APA-nın “RİA Novosti”-yə istinadən verdiyi xəbərə görə, Fransa paytaxtında təşkil olunan yürüş iğtişaşlarla müşayiət olunub. Belə ki, etirazçılar polis əməkdaşlarını daş-qalaq ediblər, asayiş keşikçiləri isə gözyaşardıcı qazdan istifadə ediblər.

 

Qeyd edək ki, hökumətin təklif etdiyi qanun layihəsi müəssisələrdə iş vaxtının uzadılmasını və işçilərin işdən çıxarılması prosedurunu xeyli sadələşdirir.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 327

Oxşar yazılar