BMT-nin baş katibi Pan Qi Mun Rusiya və ABŞ-ı Suriyadakı silahlı toqquşmaları dayandırmaq üçün münaqişə tərəflərinə təsir etməyə çağırıb.
APA-nın “Reuters”-ə istinadən verdiyi xəbərə görə, baş katib həmçinin Hələb şəhərindəki xəstəxanaya törədilən hücumun obyektiv araşdırılmasının vacibliyini qeyd edib.
Qeyd edək ki, xəstəxanaya hava zərbəsi nəticəsində 30-dək dinc sakin həlak olub.