Pakistanın Şimali Vəziristan əyalətində hərbçilərlə yaraqlılar arasında silahlı toqquşma baş verib.
Lent.az-ın «gazeta.ru»-ya istinadən məlumatına görə, bu haqda «Assoşieyted press» xəbər yayıb.
Hakimiyyət təmsilçiləri bildirib ki, hərbçi karvanı terror aksiyasından zərərçəkənlərə yardım etmək üçün gələrkən baş verib.
Məlumata əsasən, 23 yaraqlı öldürülüb, üç əsgər yaralanıb.
Bununla belə şahidlə öldürülən 23 nəfər arasında dinc sakinlərin də olduğunu bildirib.