Pakistanın Xeybər əyalətində tibb işçisi öldürülüb. Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, o, uşaqları polimielitə qarşı peyvəndə edirmiş.
Mənbə bildirib ki, ölkənin Peşavar şəhərindəki peyvənd mərkəzinə yaraqlılar silahlı basqın edib, daha bir nəfər yaralanıb.
Hələlik basqının məsuliyyətini üzərinə götürən yoxdur.
Məlumata əsasən, həkimlərə basqını daha çox taliblər edir. Onların qənaətincə, peyvənd edən tibb işçiləri «casusluqla məşğuldur və pakistanlı uşaqların düşüncəsini təmizləyir».
Pakistanda uşaqların bu xəstəliyə qarşı peyvəndi BMT-nin dəstəyi ilə gerçəkləşdirilir.