Özal zəhərlənməyibmiş
13 dekabr 2012 19:07 (UTC +04:00)

Özal zəhərlənməyibmiş

0

Türkiyənin 8-ci prezidenti Turqut Özalın zəhərlənmədiyi məlum olub. Lent.az-ın “Hürriyet” qəzetinə istinadən verdiyi məlumata görə, bunu Turqut Özalın cənazəsində aparılan araşdırmadan sonra Məhkəmə-Tibbi Ekspertiza Komissiyası tərəfindən hazırlanan hesabatla bağlı yazılı açıqlama yayan Ankara Cümhuriyyət Prokurorluğu bəyan edib.

Məhkəmə-Tibbi Ekspertiza Komissiyasının hesabatında Turqut Özalın zəhərlənməsinə dair hər hansı əlamətə rast gəlinmədiyi bildirilib. Prokurorluq həm də Turqut Özalın ölümünün dəqiq səbəbinin müəyyənləşdirilmədiyini qeyd edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 940

Oxşar yazılar