Öz yasında iştirak etdi
23 aprel 2016 06:34 (UTC +04:00)

Öz yasında iştirak etdi

Braziliyada komik filmlərə mövzu olan hadisə baş verib.

 

Lent.az-ın “musavat.com”-a istinadən məlumatına görə, Alagoinhas şəhərində Jose Marcos Araujo adlı kişi şəhər xəstəxanasının “morq”unda ona göstərilən bir cəsədi səhv olaraq 41 yaşlı “moyka” işçisi olan qardaşınınkı hesab edib və polislərə də bu cür məlumat verib. Ölən adamın qardaşı Gilberto olduğunu düşünən Araujo daha sonra cəsədi xristian ənənələrinə uyğun dəfn etmək üçün anasının evinə aparıb. Evdə cənazə mərasimi keçirildiyi vaxt küçədə gəzən Gilberto isə bir dostundan özünün cənazə mərasiminin keçirildiyini öyrənib. Vəziyyəti aydınlaşdırmaq üçün evə gedəndə isə qohumlardan çoxu şok keçirərək bayılıb, bəziləri evdən qaçıb.

 

Anası isə qəzetçilərə açıqlamasında “həyatı boyu bu qədər sevinmədiyini” deyib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 354
avatar

Oxşar yazılar