Ötən il 70 jurnalist öldürülüb, 211-i tutulub
14 fevral 2014 07:47 (UTC +04:00)

Ötən il 70 jurnalist öldürülüb, 211-i tutulub

Nyu-Yorkda yerləşən Jurnalistləri Müdafiə Komitəsi 2013-cü il üzrə hesabat açıqlayıb.

 

Lent.az-ın «nyusru»-ya istinadən məlumatına görə, hesabatda bildirilib ki, peşə vəzifəsini icra edən 70 jurnalist öldürülüb, 211 –si  həbs olunub.

2012-ci ildə isə bu məsələlər üzrə «rekord» nəticə qeyd alınıb – 72 jurnalist qətlə yetirilib, 232-si isə tutulub.

 

Hüquq müdafiəçiləri qeyd edib ki, peşə borcunu icra edən jurnalistlərə qarşı qanunsuz davranan cinayətkarlar çox vaxt cəzalandırılmır.

 

Komitə KİV təmsilçiləri üçün ən ağır şərait olan yerin yenə  Yaxın Şərq olduğunu vurğulayıb. Cari ildə vətəndaş müharibəsi gedən Suriyada 28 jurnalist, oxşar durumda olan İraqda medianın 10 təmsilçisi, Misirdə isə 6 KİV nümayəndəsi öldürülüb.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 365
avatar

Oxşar yazılar