ABŞ prezidenti Barak Obama ikinci dəfə prezident seçildikdən sonra ilk rəsmi səfərini İsrailə edəcək.
Lent.az-ın «Röyter»ə istinadən məlumatına görə, yerli telekanal bildirib ki, ABŞ prezidenti martın 20-də İsrailə səfərə gedəcək. Mənbənin məlumatına əsasən, o, İsrailin baş naziri Benyamin Netaniyahunun şəxsi qonağı olacaq.
Bu haqda onlar sonuncu telefon danışığında razılaşıblar.
Cari ilin yazında,yaxud İsrailə səfəri çərçivəsində Barak Obamanın İordaniya və İordan çayının Qərb sahilinə də gedəcəyi gözlənilir.