Obama general Allenni təyinatından əl çəkmədi
24 yanvar 2013 06:17 (UTC +04:00)

Obama general Allenni təyinatından əl çəkmədi

 

ABŞ prezidenti Barak Obama general Con Alleni NATO-nun Avropadakı qüvvələrinə yeni baş komandan təyin edilməsi üçün namizədliyini irəli sürüb.

 

Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, Allen Floridadan olan  ərli qadın Cill Kelli ilə  «əlaqədə olmaqda» şübhəli bilinir, bununla da zabitlərin qaydalarını pozmaqda suçlanırdı. Aparılan araşdırmaya əsasən, onun yeni vəzifəyə təyin olunması təxirə salınmışdı.

 

Kelli generalla məktublaşmasıны Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş başçısı Devid Petreusun məşuqəsi Pol Broduellə göndərdiyi aşkarlanıb. Bu məsələ nəticəsində kəşfiyyatçının nikahdankənar əlaqəsi məlum oldu, nəticədə D.Petreus işdən azad edildi.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 628
avatar

Oxşar yazılar