Güclü, vahid və demokratik Avropa ABŞ-ın milli maraqlarına cavab verir.
APA-nın məlumatına görə, bunu ABŞ prezidenti Barak Obama Almaniyanın “Bild” jurnalına müsahibəsində deyib.
“Güclü, vahid və demokratik Avropa ABŞ-ın milli maraqlarına cavab verir. Acı təcrübələrimiz sayəsində bilmişik - Avropaya qarşı təhdid, ABŞ-a qarşı da təhdiddir. Avropada hökm sürən firavanlıq ABŞ-ın da rifahı deməkdir. Almaniya ABŞ-ın ən yaxın tərəfdaşlarından biridir. Və bunda kansler Anqela Merkelin xüsusi rolu var”, deyə B.Obama bildirib.
Qeyd edək ki, bu gün ABŞ prezidenti Hannoverə səfər edərək Almaniya, Fransa, Böyük Britaniya və İtaliya liderləri ilə görüşəcək.