Nyu-Yorkda uşaq meydançasında atışma, xəsarət alanlar var
14 iyun 2016 03:35 (UTC +04:00)

Nyu-Yorkda uşaq meydançasında atışma, xəsarət alanlar var

0

Nyu-Yorkda uşaq meydançasında atışma olub.

 

 

APA-nın “İnterfaks” agentliyinə istinadən verdiyi xəbərə görə, insident yerli vaxtla saat 17:00 radələrində, şəhərin İst Fletbuş bölgəsində qeydə alınıb.

 

 

Zərərçəkənlərin sayı barədə müxtəlif məlumat verilir. Yerli KİV-lər azı 2 nəfərin, polis mənbələri 5 nəfərin yaralandığını bildirir. Xilasedici xidmətdən verilən məlumata görə isə insident nəticəsində 6 nəfər “Kings County” hospitalına yerləşdirilib. Onların vəziyyətləri barədə məlumat verilmir. Hadisə ilə əlaqədar rəsmi qurumlar tərəfindən hələ ki, şərh verilməyib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 283

Oxşar yazılar