Papua-Yeni Qvineya Kosovonun müstəqilliyini tanımaqdan vaz keçib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Serbiya XİN-in məlumatında bildirilir.
Məlumata görə, müvafiq diplomatik nota Serbiya XİN-ə iyunun 27-də daxil olub.
Beləliklə, Papua-Yeni Qvineya Kosovonun müstəqilliyini tanımaqdan vaz keçmiş altıncı ölkə olub.
Bundan əvvəl Liberiya, Surinam, San-Tome və Prinsipi, Qvineya-Bisau və Burundi analoji addım atıb.
Hazırda 100-dən çox ölkə Kosovonun müstəqilliyini tanıdığını bəyan edib.