Növbəti hökuməti qurmaq Netanyahuya tapşırıldı
03 fevral 2013 03:08 (UTC +04:00)

Növbəti hökuməti qurmaq Netanyahuya tapşırıldı

İsrail prezidenti Şimon Peres fevralın2-də növbəti hökuməti formalaşdırmağı sağyönlü düşərgəninin lideri Binyamin Netanyahuya həvalə edib.

 

Lent.az-ın «RİA-Novosti»-yə istinadən məlumatına görə,o, bu işin öhdəsindən uğurla gələrsə, onda növbəti hökumət B.Netanyahunun siyasi karyerasında üçüncü, o cümlədən ardıcı ikinci kabinet olacaq.

 

Onun namizədliyini parlamentdə təmsil olunan 6 partiyanın 82 üzvü dəstəkləyib. Ölkə qanunlarına əsasən, yeni kabinetin təsdiqlənməsi üçün 120 deputatdan 61-inin səs yetərlidir.

 

B.Netanyahu 28 gün ərzində hökuməti qurmalıdır. Bu müddət  42 günədək uzadıla da bilər.

 
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 431
avatar

Oxşar yazılar