Silahlı radikal islamçı adlanan dəstənin Nigeriyanın şimal-şərqində Yobe ştatının Mamudo şəhərində internat məktəbinə hücumu edib. Lent.az-ın «interfaks»a istinadən məlumatına görə, olay nəticəsində qurbanların sayı 46 nəfərə çatıb.
Bu gün baş vermiş hadisədə ilkin məlumatda 29 nəfər şagird və bir müəllim həlak olduğu bildirilirdi.
Xəbərə görə, terrorçular məktəbin binasını yandırıb, xilas olmaq istəyən şagirdləri isə güllələyiblər.