Nigeriyanın şimal-şərqində Qombe şəhərində prezident Qudlak Conatanın mitinqdə çıxışından sonra minalanmış avtomobil partlayıb.
APA-nın İTAR-TASS agentliyinə istinadən məlumatına görə, insident nəticəsində 1 nəfər ölüb, 7 nəfər xəsarət alıb.
Ölkə başçısının zərər çəkmədiyi bildirilir. Partlayış prezidentin çıxış etdiyi stadiondan 200 m aralıda baş verib. Hadisənin təfərrüatları müəyyənləşdirilir.