Navaz Şərif xəstəxanadan evə buraxıldı
06 iyun 2016 21:53 (UTC +04:00)

Navaz Şərif xəstəxanadan evə buraxıldı

0

Pakistanın baş naziri Navaz Şərif ürək əməliyyatından sonra xəstəxanadan buraxılıb.

 

APA-nın məlumatına görə, bu barədə özünün “Tvitter” səhifəsində baş nazirin qızı Məryəm Şərif yazıb.

 

“Ramazan ayı müjdə xəbər gətirdi. Baş nazir evinə qayıdır”, M.Şərif qeyd edib.

 

66 yaşlı Navaz Şərif mayın 31-də Londonda əməliyyat olunub. Onun vəziyyətinin stabil olduğu, əməliyyatın uğurlu keçdiyi bildirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 370

Oxşar yazılar