ABŞ NATO-dakı müttəfiqləri ilə birgə Polşa və Baltikyanı ölkələrdə təxminən 4 min nəfərlik dörd batalyon yerləşdirməyə hazırlaşır
APA-nın məlumatına görə, bu barədə "Wall Street Journal" qəzeti yazıb.
Nəşrə görə, bu addım Rusiyanın keçirdiyi hərbi təlimlərə cavab olaraq atılır. Faktı təsdiqləyən ABŞ müdafiə nazirinin müavini Robert Uork deyib: “Son zamanlar Rusiya gözlənilmədən Litva, Latviya və Estoniyanın sərhədləri yaxınlığında hərbi təlimlər keçirir. Biz bunu olduqca təxribatçı addım kimi qiymətləndiririk”.
"Wall Street Journal"-in məlumatına əsasən, ABŞ Rusiya ilə sərhəd ərazilərə iki, Almaniya və Böyük Britaniya isə hərəsi bir batalyon ayırmağa hazırdır.