NATO Baş katibinin xüsusi nümayəndəsi Tiflisdədir
04 dekabr 2014 04:13 (UTC +04:00)

NATO Baş katibinin xüsusi nümayəndəsi Tiflisdədir

0

NATO Baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Ceyms Appaturay Gürcüstanın paytaxtı Tiflisə gəlib.

 

APA-nın məlumatına görə, bu barədə “Rustavi-2” telekanalı xəbər verib.

 

Səfər çərçivəsində C.Appaturay Gürcüstanın Müdafiə Nazirliyində məsləhətləşmələr aparacaq, ölkə parlamentində olacaq, həmçinin,  baş nazir İrakli Qaribaşvili ilə görüşəcək.

 

Xatırladaq ki, sentyabr 4-5-də Uelsdə keçirilən NATO sammitində Gürcüstanın Alyansa üzvlüyünə kömək edən tədbirlər paketi təsdiq edilib.  Sənədə əsasən ölkədə NATO-Gürcüstan təlim-tədris mərkəzinin yaradılması nəzərdə tutulur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 281

Oxşar yazılar