Müxalifətin liderləri – «UDAR» Partiyasının başçısı Vitali Kliçko, «Batkivşina»nın sədri Arsen Yatsenyuk və «Azadlıq» Partiyasının rəhbəri Oleq Tyaqnibok ABŞ senatoru Con Makkeynlə görüşüb.
Lent.az-ın «unian.net»-ə istinadən məlumatına görə, danışıq zamanı V.Kliçko bildirib ki, Ukrayna vacib tarixi dövrünü yaşayır: «Ölkəmiz seçim qarşısındadır – ya demokratiya, ya da diktatur. Məhz indi Ukraynanın xaricdəki dostlarının dəstəyinə ehtiyacı var».
Müxalifət liderləri ümidvar olduqların bildirib ki, C.Makkeyn ABŞ Senatında Ukraynadakı vəziyyətlə bağlı məsələni qaldıracaq.