Müvəqqəti hakimiyyət referendumun tarixini elan edib
15 dekabr 2013 07:13 (UTC +04:00)

Müvəqqəti hakimiyyət referendumun tarixini elan edib

Misirdəki müvəqqəti hakimiyyət ölkənin yeni Ana Yasası ilə bağlı referendumun keçiriləcəyi tarixi açıqlayıb.

 

Lent.az-ın «nyusru»-ya istinadən məlumatına görə, bu siyasi tədbir 2014-cü il yanvarın 14-15-ə təyin olunub.

 

Ölkə prezidentinin səlahiyyətlərini icra edən Ədl Mənsur Misir vətəndaşlarını yeni konstitusiyaya səs verməyə çağırıb.

 

O, deyib ki, yeni Əsas Qanun  vətəndaşların əsas hüquq və azadlıqlarını, hakimiyyət bölgüsünü, eləcə də əhalinin mülayim dini baxışlarını təminatçısı olacaq.

 

Mütəxəssislərin qənaətincə, devrilmiş prezident Məhəmməd Mursinin tərəfdarları referendumu boykot edəcək.

 

Yeni konstitusiyada dini platformalı partiyaların yaradılması yasaqlanıb.

 

Misir ordusu üçün ayrıca muxtariyyət haqqı verilib. Ordu öz iqtisadi müstəqilliyini qoruyub saxlayıb. Onun büdcəsinə siyasi sistem tərəfindən nəzarət edilməyəcək. Müdafiə nazirini Silahlı Qüvvələrin ali şurası təsdiqləyəcək.

 

Layihədə keçid dövrü 8 il müəyyənləşib. Ordunu, müdafiə müəssislərinə və silahlı qüvvələrin şəxsi heyətini hədələyənlər hərbi tribunalda mühakimə olunacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1306
avatar

Oxşar yazılar