İyunun 3-də Varşavada Krım tatarlarının lideri Mustafa Əbdülcəmilə (Cəmilev) “Solidranost Mükafatı” təqdim olunub.
Lent.az-ın “Unian.net”-ə istinadən məlumatına görə, mükafatı Polşanın Xarici İşlər Nazirliyi ölkədə ilk azad parlament seçkilərinin keçirilməsinin 25 illiyi münasibəti ilə təsis edib.
Mükafatı Polşanın prezidenti Bronislav Komorovsk ilə keçmiş dövlət başçısı Lex Valensa verib.
“Lex Valensa ilə birlikdə Mustafa Cəmilevə bu mükafatı təqdim etdiyimə görə şadam. Bu mükafat sayəsində biz avropalı olaraq, həmrəyliyimizi nümayişə etdirə bilirik”-deyə, B.Komorovski bildirib.
Lex Valens deyib: “Dinc, yaxşı mübarizənizə görə sağ olun. Mübarizəni davam etdirməyiniz xahiş edirik. Bu mükafat mübarizəni təşviq etməlidir. Şəxsən qələbənin başlayacağına əminəm”.
Tədbirdə laureatı Polşanın xarici işlər naziri Radoslav Sikorsk, onun isveçli həmkarı Karl Bildt və Ukraynanın seçkidə qalib gələn yeni prezidenti Pyotr Poroşenko təbrik ediblər.
Onlar Mustafa Cəmilevin demokratiya və vətəndaş hüquqları uğrunda mübarizəsini alqışlayıblar.
Qeyd edək ki, tədbirdə ABŞ prezidenti Barak Obamada iştirak edib.