Ukraynanın keçmiş prezidenti Viktor Yankoviçi istəyənlər də, istəməyənlər də axtarır. Lent.az-ın «gazeta.ru»-ya istinadən məlumatına görə, onun müşaviri olmuş, Regionlar Partiyasının parlament fraksiyasının üzvü Anna German «Rada» telekanalına müsahibəsində deyib: «Prezident Ukraynadadır».
«O, Ukraynadadır. Bilirəm.Onun olduğu yeri həmişə bilmişəm. Ancaq həmişə məni onun təsiri altında olmaqda suçlayıblar» -deyə, müşavir bildirib.
Bununla belə Anna German Yanukoviçin gizləndiyi yeri deməkdən imtina edib: «Onun mən yox, siz axtarırsınız».