Misirin devrilmiş prezidenti Məhəmməd Mursinin məhkəməsi fevralın birinədək təxirə salınıb.
Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, məhkəmə bildirib ki, əlverişsiz hava şəraiti müttəhimin vertolyotla Qahirəyə gətirilməsinə mane olur.
Misirin müvəqqəti daxili işlər naziri Məhəmməd İbrahim deyib ki, qatı duman Məhəmməd Mursini gətirən vertolyotun pilotlarına İsgəndəriyyə hava limanından uçmasını əngəlləyib.
Devrilmiş prezidentin tərəfdarları isə ölkə rəsmilərinin dediklərini təkzib edərək, uçuş üçün əlverişli hava şəraitinin olduğunu bildiriblər.